Almaniya klubunda çıxış edən azərbaycanlı hücumçu mükafatlandırıldı

28.02.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın "Dinamo Berlin" klubu azərbaycanlı hücumçusu Rüfət Dadaşova komandanın heyətində vurduğu qolların sayını 50-yə çatdırmasının şərəfinə simvolik hədiyyə edib.

Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusuna minibuts formasında mükafat təqdim edilib və uğurlar arzulanıb.

Dadaşov indiyə qədər "Dinamo Berlin"in heyətində 80-dən çox oyun keçirib və 54 qol vurub.

33 yaşlı hücumçunun Almaniya klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Milli komandamızın sabiq hücumçusu "Kayzerslauten" II, "Saarbrükken", "Germania Halberştatd", "Proyssen", "Şalke", "Finiks Rayzinq" klublarında çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью