Almaniya klubunda çıxış edən azərbaycanlı hücumçu mükafatlandırıldı
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyanın "Dinamo Berlin" klubu azərbaycanlı hücumçusu Rüfət Dadaşova komandanın heyətində vurduğu qolların sayını 50-yə çatdırmasının şərəfinə simvolik hədiyyə edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusuna minibuts formasında mükafat təqdim edilib və uğurlar arzulanıb.
Dadaşov indiyə qədər "Dinamo Berlin"in heyətində 80-dən çox oyun keçirib və 54 qol vurub.
33 yaşlı hücumçunun Almaniya klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Milli komandamızın sabiq hücumçusu "Kayzerslauten" II, "Saarbrükken", "Germania Halberştatd", "Proyssen", "Şalke", "Finiks Rayzinq" klublarında çıxış edib.


Orban Almaniya klubunda
02 Yanvar 2025 23:54
Şamaxı Estoniya klubunda çıxış edən azərbaycanlı futbolçunu transfer etmək istəyir
24 Dekabr 2024 17:57
Avtomobil əvəzinə tank: Almaniya istehsalçıları çıxış yolunu tapıblar
06 Mart 2025 20:23
Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
02 Aprel 2025 11:56
Lionun hücumçusu Almaniya klubunda RƏSMİ
02 Yanvar 2025 23:21

