Almaniya klubundan yeni stadion qaydası

11.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın “Dinamo” (Drezden) klubu ölkədaxili oyunlarda blogerlərin gəlir əldə etmək məqsədilə məzmun hazırlamasını qadağan edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Drezden təmsilçisinin ev oyunlarını keçirdiyi Rudolf Harbiq adına stadionun yenilənmiş qaydalarında qeyd olunub.

Qaydalara əsasən, arena rəhbərliyinin və ya matçın təşkilatçısının xüsusi icazəsi olmadan stadionda kommersiya məqsədli foto, video və ya audio çəkiliş aparmaq olmaz.

​”Dinamo” II Bundesliqada geridə qalan mövsümü 11-ci pillədə başa vurub. Almaniya klubu tribunalara ən çox azarkeş toplayan 7 kollektivdən biridir. Belə ki, 32 123 nəfərlik tutuma stadionda komandanın hər matçını ortalama 31 037 tamaşaçı izləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью