Almaniya klubundan yeni stadion qaydası
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Almaniyanın “Dinamo” (Drezden) klubu ölkədaxili oyunlarda blogerlərin gəlir əldə etmək məqsədilə məzmun hazırlamasını qadağan edib.
Futbolpress.az xəbər verir ki, bu barədə Drezden təmsilçisinin ev oyunlarını keçirdiyi Rudolf Harbiq adına stadionun yenilənmiş qaydalarında qeyd olunub.
Qaydalara əsasən, arena rəhbərliyinin və ya matçın təşkilatçısının xüsusi icazəsi olmadan stadionda kommersiya məqsədli foto, video və ya audio çəkiliş aparmaq olmaz.
”Dinamo” II Bundesliqada geridə qalan mövsümü 11-ci pillədə başa vurub. Almaniya klubu tribunalara ən çox azarkeş toplayan 7 kollektivdən biridir. Belə ki, 32 123 nəfərlik tutuma stadionda komandanın hər matçını ortalama 31 037 tamaşaçı izləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 Avqust 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















