Almaniya PUA lardan müdafiəyə 100 milyon avro ayırır

16.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Almaniya hökuməti qısa müddətdə dronlardan müdafiə üçün 100 milyon avro sərmayə ayırır.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Bundestaqın Büdcə Komitəsi PUA-lara qarşı planın maliyyələşdirilməsini təsdiqləyib.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bu məqsədlə Almaniya Federal Polisi ilə əməkdaşlıq çərçivəsində konsepsiya hazırlayıb.

Məlumata görə, məqsəd dronları aşkarlamaq, ələ keçirməkdir. Yeni dron əleyhinə bölmə dekabr ayında fəaliyyətə başlayacaq. Onların paytaxt, əsas hava limanları və digər təhlükəsizlik baxımından vacib obyektlər ətrafında yerləşdirilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью