Almaniya PUA lardan müdafiəyə 100 milyon avro ayırır
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Almaniya hökuməti qısa müddətdə dronlardan müdafiə üçün 100 milyon avro sərmayə ayırır.
Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Bundestaqın Büdcə Komitəsi PUA-lara qarşı planın maliyyələşdirilməsini təsdiqləyib.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bu məqsədlə Almaniya Federal Polisi ilə əməkdaşlıq çərçivəsində konsepsiya hazırlayıb.
Məlumata görə, məqsəd dronları aşkarlamaq, ələ keçirməkdir. Yeni dron əleyhinə bölmə dekabr ayında fəaliyyətə başlayacaq. Onların paytaxt, əsas hava limanları və digər təhlükəsizlik baxımından vacib obyektlər ətrafında yerləşdirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:Almaniya dəniz aviasiyasına 400 milyon avro ayırır
11 Yanvar 2025 14:34
Almaniya müdafiəyə 25 milyard avro ayıracaq Bloomberg
05 İyul 2025 21:38
Almaniya Ukraynaya 500 milyon dollar ayırır
13 Avqust 2025 22:12
Almaniya Ukraynaya əlavə 3 milyard avro yardım ayırır
05 Noyabr 2025 08:31
Almaniya səmasında PUA lar görüntülənib
01 Oktyabr 2025 17:45
Baxış sayı:97
Bu xəbər 16 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















