Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

22.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 avqust, AZƏRTAC

Almaniya Ukraynaya, ümumilikdə, 60 milyon avro dəyərində yeni yardım göstərəcək.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful avqustun 22-də ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə açıqlayıb.

“Almaniya hazırda humanitar yardım üçün əlavə 50 milyon avro ayırır. Bu vəsait mənzillərin yenidən qurulmasına, səyyar sanitar qovşaqların yaradılmasına və istilik avadanlığı ilə təmin edilməsinə sərf olunur”, - deyə o bildirib.

Vadefulun sözlərinə görə, Almaniya bundan əlavə, Ukraynanı dəstəkləmək üçün yaradılan NATO fonduna 10 milyon avro köçürmək niyyətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью