Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 avqust, AZƏRTAC
Almaniya Ukraynaya, ümumilikdə, 60 milyon avro dəyərində yeni yardım göstərəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful avqustun 22-də ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə açıqlayıb.
“Almaniya hazırda humanitar yardım üçün əlavə 50 milyon avro ayırır. Bu vəsait mənzillərin yenidən qurulmasına, səyyar sanitar qovşaqların yaradılmasına və istilik avadanlığı ilə təmin edilməsinə sərf olunur”, - deyə o bildirib.
Vadefulun sözlərinə görə, Almaniya bundan əlavə, Ukraynanı dəstəkləmək üçün yaradılan NATO fonduna 10 milyon avro köçürmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:Almaniya Ukraynaya 60 milyon avro ayırdı
17 Yanvar 2026 15:28
Almaniya Ukraynaya 650 milyon avro dəyərində hərbi yardım edəcək
02 Dekabr 2024 11:30
Belçika Ukraynaya 150 milyon avro dəyərində texniki yardım göstərəcək
17 Aprel 2025 13:55
Almaniya Ukraynaya 3 milyard avro dəyərində hərbi yardım paketi hazırlayıb
07 Mart 2025 07:57
Baxış sayı:98
Bu xəbər 22 Avqust 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















