525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın şimalında, Timmendorfer-Ştrand şəhərinin limanında güclü partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 13:30-da (Bakı vaxtı ilə 15:30) baş verib.
Limanın ərazisində içində asetilen olan balon partlayıb. Partlayış o qədər güclü olub ki, səsi bir neçə kilometrlikdən eşidilib. Zərbə dalğası 10 nəfəri yaralayıb, ölən yoxdur.
Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası, həmçinin, polis və xilasedicilər cəlb olunub. Ərazi vətəndaşların girişi üçün bağlanıb. Limanda olan digər balonlar soyudularaq təhlükəsizlikləri təmin edilib.
Qeyd edək ki, partlayışın baş vermə səbəbləri araşdırılır.
L.Tağıyeva