Almaniyada limanda güclü partlayış
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın şimalında, Timmendorfer-Ştrand şəhərinin limanında güclü partlayış olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla 13:30-da (Bakı vaxtı ilə 15:30) baş verib.
Limanın ərazisində içində asetilen olan balon partlayıb. Partlayış o qədər güclü olub ki, səsi bir neçə kilometrlikdən eşidilib. Zərbə dalğası 10 nəfəri yaralayıb, ölən yoxdur.
Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası, həmçinin, polis və xilasedicilər cəlb olunub. Ərazi vətəndaşların girişi üçün bağlanıb. Limanda olan digər balonlar soyudularaq təhlükəsizlikləri təmin edilib.
Qeyd edək ki, partlayışın baş vermə səbəbləri araşdırılır.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:Almaniyada partlayış
01 Oktyabr 2025 10:41
Almaniyada ard arda güclü partlayış Ölən var
01 Oktyabr 2025 12:12
Almaniyada partlayış: Yaralananlar var
03 Yanvar 2025 09:50
Almaniyada partlayış 3 nəfər həlak olub
08 Yanvar 2026 21:34
İranda limanda partlayış oldu
26 Aprel 2025 13:23
Baxış sayı:122
Bu xəbər 01 May 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















