Almaniyada qatar qəzası 2 vaqon körpüdən aşıb

22.06.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Almaniyanın Bavariya əyalətinin Münhen şəhərində qatar qəzası baş verib.

525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, iki yük qatarı gecə saatlarında körpüdə manevr edərkən hələ məlum olmayan səbəbdən toqquşub.

Toqquşmadan sonra relsdən çıxan yük qatarına məxsus iki vaqon təxminən 5 metr hündürlüyü olan körpüdən aşıb. Qəza nəticəsində bir nəfər ölüb.

Alman Dəmir Yollarından (Deutsche Bahn) verilən açıqlamada qəzanın yalnız yük qatarlarının istifadə etdiyi marşrutda baş verdiyi və sərnişin daşımalarına təsirinin olmadığı bildirilib.

Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью