Almaniyada qatar qəzası 2 vaqon körpüdən aşıb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Almaniyanın Bavariya əyalətinin Münhen şəhərində qatar qəzası baş verib.
525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, iki yük qatarı gecə saatlarında körpüdə manevr edərkən hələ məlum olmayan səbəbdən toqquşub.
Toqquşmadan sonra relsdən çıxan yük qatarına məxsus iki vaqon təxminən 5 metr hündürlüyü olan körpüdən aşıb. Qəza nəticəsində bir nəfər ölüb.
Alman Dəmir Yollarından (Deutsche Bahn) verilən açıqlamada qəzanın yalnız yük qatarlarının istifadə etdiyi marşrutda baş verdiyi və sərnişin daşımalarına təsirinin olmadığı bildirilib.
Qəza ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:Almaniyada helikopter qəzası 2 nəfər öldü
10 Fevral 2025 14:15
Almaniyada DƏHŞƏTLİ QƏZA Qatar körpüdən aşdı VİDEO
20 İyun 2026 15:54
Almaniyada qatar qəzası olub Yaralananlar var
12 Mart 2026 15:54
Almaniyada təyyarə qəzası BAŞ VERDi
30 Dekabr 2024 14:11
Almaniyada təyyarə qəzası: Ölənlər var
31 May 2025 23:25
Baxış sayı:165
Bu xəbər 22 İyun 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















