Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Berlin, 5 fevral, AZƏRTAC Almaniyanın bütün quru sərhədlərində ötən il sentyabrın 16-dan tətbiq edilən yoxlamalar çərçivəsində ölkəyə icazəsiz daxil olmağa cəhd göstərən 13 mindən çox şəxs müəyyənləşdirilərək geri qaytarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə sərhədlərdə yoxlamalardan məsul olan Federal Polis Təşkilatının məlumatında bildirilib.
Son 140 gündə ümumilikdə 22 min 243 nəfər quru sərhədlərindən Almaniyaya icazəsiz daxil olmağa cəhd edib.
Onlardan 13 min 786-sının lazımi sənədləri olmadığına görə ölkəyə girişinə icazə verilməyib.
Sərhəd yoxlamaları nəticəsində, həmçinin 518 nəfər insan qaçaqçısı da saxlanılıb.
Eləcə də barələrində axtarış və həbs qərarı olan 3306 nəfər müəyyən edilib.
Bu ilin yanvar ayında ölkəyə icazəsiz giriş cəhdlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma qeydə alınıb.