Icma.az
close
up
RU
Almaniyada sərhəd yoxlamaları nəticəsində 13 min nəfərin ölkəyə qanunsuz giriş cəhdinin qarşısı alınıb

Almaniyada sərhəd yoxlamaları nəticəsində 13 min nəfərin ölkəyə qanunsuz giriş cəhdinin qarşısı alınıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 5 fevral, AZƏRTAC

Almaniyanın bütün quru sərhədlərində ötən il sentyabrın 16-dan tətbiq edilən yoxlamalar çərçivəsində ölkəyə icazəsiz daxil olmağa cəhd göstərən 13 mindən çox şəxs müəyyənləşdirilərək geri qaytarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə sərhədlərdə yoxlamalardan məsul olan Federal Polis Təşkilatının məlumatında bildirilib.

Son 140 gündə ümumilikdə 22 min 243 nəfər quru sərhədlərindən Almaniyaya icazəsiz daxil olmağa cəhd edib. Onlardan 13 min 786-sının lazımi sənədləri olmadığına görə ölkəyə girişinə icazə verilməyib. Sərhəd yoxlamaları nəticəsində, həmçinin 518 nəfər insan qaçaqçısı da saxlanılıb. Eləcə də barələrində axtarış və həbs qərarı olan 3306 nəfər müəyyən edilib.

Bu ilin yanvar ayında ölkəyə icazəsiz giriş cəhdlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma qeydə alınıb. Belə ki, yanvarda 5147 nəfər ölkəyə icazəsiz giriş edib. Bu rəqəm ötən ilin yanvarında 6906 olub.

Xatırladaq ki, Almaniyanın daxili işlər naziri Nensi Fezerin qərarı ilə ötən il sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see247

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see210

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see201

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see179

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see163

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see162

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see141

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see141

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see137

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see137

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see135

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see125

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri