Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fridrix Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu, Berlin ilə Ankara arasında siyasi, iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib.
Almaniyada keçirilən növbədənkənar parlament seçkisinin nəticələri Ukraynanı sevindirsə də, çoxlarını şoka salıb.
Amma səsvermənin nəticələri rəy sorğularının nəticələri ilə üst-üstə düşüb.
Dünyanın ən varlı adamı İlon Maskın, eləcə də həm ABŞ, həm də Avropadan olan ifrat sağçı populist liderlərin açıq dəstəklərinə baxmayaraq, AfD sağ mərkəzçi Xristian Demokratlar /Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokundan geridə qalıb.
CDU/CSU 28.5 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb. CDU lideri Fridrix Mertz bildirib ki, o, yalnız bir koalisiya tərəfdaşı olmasını
Bununla o, əvvəlki Almaniya hökumətini erkən seçkiyə gətirib çıxaran çətin üçpartiyalı koalisiya quruluşundan qaçmaq istəyir.