Icma.az
close
up
RU
Almaniyada yeni hakimiyyət Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq

Almaniyada yeni hakimiyyət Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fridrix Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu, Berlin ilə Ankara arasında siyasi, iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib.

Almaniyada keçirilən növbədənkənar parlament seçkisinin nəticələri Ukraynanı sevindirsə də, çoxlarını şoka salıb. Amma səsvermənin nəticələri rəy sorğularının nəticələri ilə üst-üstə düşüb. Dünyanın ən varlı adamı İlon Maskın, eləcə də həm ABŞ, həm də Avropadan olan ifrat sağçı populist liderlərin açıq dəstəklərinə baxmayaraq, AfD sağ mərkəzçi Xristian Demokratlar /Xristian Sosialistlər İttifaqı (CDU/CSU) blokundan geridə qalıb. CDU/CSU 28.5 faiz səs toplayaraq birinci yerdə qərarlaşıb. CDU lideri Fridrix Mertz bildirib ki, o, yalnız bir koalisiya tərəfdaşı olmasını üstün tutur. Bununla o, əvvəlki Almaniya hökumətini erkən seçkiyə gətirib çıxaran çətin üçpartiyalı koalisiya quruluşundan qaçmaq istəyir. Gözlənildiyi kimi, hökuməti formalaşdırmaq vəzifəsi F.Mertzin üzərinə düşəcək. Dəqiq olanı odur ki, AfD - 20.8 faiz səs toplayan partiya - bu danışıqlarda iştirak etməyəcək. Çünki Almaniyanın digər əsas siyasi partiyaları bunu rədd edir. İndi sual odur ki, Mertz istədiyini ala biləcəkmi? Rəqəmlər göstərir ki, parlamentdə çoxluq əldə etmək üçün o, ən azı iki partiyanı koalisiyaya qatmalıdır.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İki əsas namizəd

Seçkinin nəticələrinə görə, Almaniya parlamenti aşağıdakı kimi formalaşıb: Xristian Demokratlar İttifaqı (Mertz) - 210 yer, Almaniya üçün Alternativ (AfD - Vaydel) - 145 yer, SPD (Şolts) - 118, "Yaşıllar" - 94.

Mertzin koalisiya ortağı olmağa iki əsas namizəd mərkəz-sol SPD və "Yaşıllar" partiyalarıdır. Hazırkı kansler Olaf Şoltsun rəhbərlik etdiyi SPD dörd il əvvəlki nəticələrə nisbətən 10 faiz azalma ilə yalnız 16.4 faiz səs toplayıb. "Yaşıllar" 11.6 faizlə dördüncü yeri tutub. Təxminlərə görə, CDU/CSU və SPD birlikdə parlamentdə cüzi çoxluq əldə edə və "böyük koalisiya" yarada bilərlər.

Seçkidən əvvəl F.Mertz bildirib ki, o, yeni hökuməti Pasxa bayramına - aprelin 20-dək qurmaq istəyir.

Türkiyənin "dostu" - Mertz

Maraqlıdır ki, Mertz Türkiyənin Almaniyanın mühüm tərəfdaşı olduğunu və Berlin ilə Ankara arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini bildirir. "NATO üzvü kimi Türkiyə regional təhlükəsizlikdə də mühüm rol oynayır", - alman mühafizəkarlarının lideri vurğulayıb. O, Rəcəb Tayyib Ərdoğanla ən qısa zamanda görüşmək istədiyini deyib. Gələcək kansler Türkiyənin geosiyasi mövqeyini nəzərə alaraq, miqrasiya siyasəti və ticarət əlaqələrində funksional ortaqlığa ehtiyac olduğunu bildirib. Türkiyə mediası yazır ki, Mertzin hakimiyyəti dövründə Almaniya-Türkiyə münasibətlərində strateji əməkdaşlıq ön planda olacaq. Xüsusilə miqrasiya, enerji və təhlükəsizlik kimi məsələlərdə praqmatik yanaşmanın tətbiq ediləcəyi nəzərdə tutulur.

Onu da qeyd edək ki, seçkidə 19 türk əsilli namizəd də deputat seçilib.

Şoltsdan qat-qat qətiyyətli

Ehtimallara görə, Mertz kansler olarsa, Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq. Bundan əlavə, Mertz Almaniyanın hərbi cəhətdən güclənməsini vacib sayır. Ekspertlərin qənaətincə, diplomatik cəbhədə də Mertz Şoltsdan qat-qat qətiyyətlidir. Almaniya Avropanın təhlükəsizliyində fəal rolu üzərinə götürəcək. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir. Lakin Mertzin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır. Çünki onun üçün hazırkı prioritet koalisiya hökumətini formalaşdırmaq və ölkənin inkişafı ilə bağlı proqramları həyata keçirməkdir.

"Unudulmuş" Mertzin qayıdışı

Cəmi on il əvvəl Mertz ovaxtkı müxalif CDU/CSU-nun aparıcı simalarından biri idi və Angela Merkellə liderlik uğrunda mübarizə aparırdı. İndi 69 yaşında olan Mertz nəhayət Almaniya siyasətinin zirvəsinə çatıb. O, altı il əvvəl daha sadə vergi sistemini müdafiə edən və miqrasiyanı məhdudlaşdıran klassik sağçı liberal kimi siyasətə qayıdıb və dərhal CDU sıraviləri arasında Merkeldən sonra ən populyar namizəd olub. Lakin partiya iki dəfə liderlik seçkisində ona şans verməyib. Mertz də bir çox avropalı siyasətçilər kimi deyir ki, Avropa Donald Trampın təcrid siyasətinə hazır olmalı və ümumilikdə özünü Rusiya təhlükəsindən qoruya bilməlidir. O, hərbi xərcləri tez bir zamanda artıracağını vəd edir.

Avropanın "Tramp"ı

Mertz ABŞ Prezidenti Donald Tramp ilə bəzi oxşar xüsusiyyətlərə də sahibdir: hər ikisi biznes sahəsində təcrübə qazanıb. Tramp Almaniyadakı seçkinin nəticələrini yüksək qiymətləndirərək, mühafizəkarların qələbəsinin "Almaniya üçün əla gün" olduğunu yazıb. Seçkidən sonra Mertz bildirib ki, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsini müzakirə etmək hələ çox tezdir. Mertz, eyni zamanda, Trampın NATO-nun fəaliyyət qabiliyyəti ilə bağlı davamlı açıqlamaları qarşısında transatlantik alyansın gələcəyi ilə bağlı narahatlığını ifadə edib. "Biz Avropanın müstəqil müdafiə qabiliyyətini daha sürətlə inkişaf etdirməliyik. Bu, tamamilə mənim prioritetimdir və ABŞ-də baş verənlər barədə heç bir illüziyam yoxdur", - Mertz bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Mart 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri