Almaniyada yeni koalisiya hökuməti qurulacaq | Icma.az
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyada Xristian Birlik Partiyaları (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) koalisiya hökuməti qurmaq üçün razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, razılıq XDU lideri Fridrix Merz, CSU lideri Markus Söder və SPD həmsədrləri Lars Klinqbeyl və Saskia Eskenin iştirak etdiyi danışıqların yekun raundundan sonra əldə olunub.
Əldə edilən razılaşma ilə fevralın 23-də keçirilmiş növbədənkənar ümumi seçkilərdən 45 gün sonra yeni hökumətin qurulmasına yol açılıb.
Bu, Almaniya tarixində beşinci dəfə CDU/CSU-SPD koalisiyası olacaq.
Razılaşmadan sonra koalisiya protokolu təsdiq üçün SPD üzvlərinə təqdim ediləcək.
Partiya üzvləri poçtla məlumatlandırılacaq və rəqəmsal səsvermədə iştirak edəcəklər.
23 mart 2025-ci il tarixinədək üzv olanlar səsvermədə iştirak edə biləcəklər. Prosesin 10-14 gün çəkəcəyi gözlənilir.
Tam oxu
Xəbəri oxu