Icma.az
close
up
RU
Almaniyada yeni koalisiya hökuməti qurulacaq

Almaniyada yeni koalisiya hökuməti qurulacaq

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyada Xristian Birlik Partiyaları (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) koalisiya hökuməti qurmaq üçün razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, razılıq XDU lideri Fridrix Merz, CSU lideri Markus Söder və SPD həmsədrləri Lars Klinqbeyl və Saskia Eskenin iştirak etdiyi danışıqların yekun raundundan sonra əldə olunub.

Əldə edilən razılaşma ilə fevralın 23-də keçirilmiş növbədənkənar ümumi seçkilərdən 45 gün sonra yeni hökumətin qurulmasına yol açılıb. Bu, Almaniya tarixində beşinci dəfə CDU/CSU-SPD koalisiyası olacaq.

Razılaşmadan sonra koalisiya protokolu təsdiq üçün SPD üzvlərinə təqdim ediləcək. Partiya üzvləri poçtla məlumatlandırılacaq və rəqəmsal səsvermədə iştirak edəcəklər. 23 mart 2025-ci il tarixinədək üzv olanlar səsvermədə iştirak edə biləcəklər. Prosesin 10-14 gün çəkəcəyi gözlənilir.

Almaniya kansleri Olaf Şolz yeni hökumətdə iştirak etməyəcəyini açıqlayıb.

Almaniyanın ictimai yayımı olan ARD-ın məlumatına görə, tərəflər bu gün yerli vaxtla saat 15:00-da keçiriləcək mətbuat konfransında razılaşdırılan koalisiya razılaşmasının detallarını bölüşəcəklər. CDU/CSU və SPD arasında razılaşmaya baxmayaraq, dərhal koalisiyanın yaradılması gözlənilmir.

XDİ protokolu “kiçik qurultay”da nümayəndələrin səsverməsinə təqdim edəcək. CSU-nun protokolu idarə heyətində təsdiqləməsi planlaşdırılır. Sazişin imzalanma mərasimindən sonra mayın 7-də Federal Parlamentdə yeni hökumətin formalaşdırılması və baş nazirin seçilməsi gözlənilir.

Fevralın 23-də keçirilən ümumi seçkilərdə CDU/CSU 28,5 faiz səslə birinci, SPD isə 16,4 faiz səslə üçüncü olub. İfrat sağçı AfD partiyası 20,8 faizlə ikinci olub.

630 yerlik Bundestaqda CDU/CSU 208, SPD isə 120 mandat qazanıb. Tərəflər martın 8-də başladıqları koalisiya danışıqlarını ortaq mətn üzərində razılaşaraq tamamlayıblar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri