Almaniyalı futbolçu Azərbaycan klubunda 40cı qolunu vurub

25.11.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyalı futbolçu Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun yubileyi Misli Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə (1:1) təsadüf edib.

O, komandasının bərabərlik qolunun müəllifi olub.

Mikels Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью