Almaniyalı futbolçu Azərbaycan klubunda 40cı qolunu vurub
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyalı futbolçu Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı oyunçunun yubileyi Misli Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə (1:1) təsadüf edib.
O, komandasının bərabərlik qolunun müəllifi olub.
Mikels Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.

Almaniyalı futbolçu Azərbaycan klubunda 40cı qolunu vurub
25 Noyabr 2024 10:16
Almaniyalı futbolçu Azərbaycan klubunda 40cı qolunu vurdu İdmanXəbər
25 Noyabr 2024 10:29
Azərbaycan klubunda 40cı qolunu vurdu
25 Noyabr 2024 10:22
CoyLens Mikels Azərbaycan klubunda 40cı qolunu vurub
25 Noyabr 2024 21:39
İnter almaniyalı futbolçu ilə müqaviləni uzatdı
15 Noyabr 2024 16:30

