Almaniyalı idman eksperti: “Bu qarşılaşmada favorit “Ayntraxt Frankfurt“dur“ | Icma.az
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Ayntraxt Frankfurt" kimi yüksəksəviyyəli və təcrübəli komandaya qarşı oynamaq "Qarabağ" üçün asan olmayacaq".
Moderator.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında almaniyalı idman eksperti Norbert Raeder deyib.
Ekspertin fikrincə, qarşılaşmanın favoriti "Ayntraxt Frankfurt" komandasıdır: "Qarabağ" Azərbaycanın güclü klublarından biridir.
Lakin Çempionlar Liqasında "Ayntraxt Frankfurt" kimi yüksəksəviyyəli və təcrübəli komandaya qarşı oynamaq onlar üçün asan olmayacaq.
Frankfurt təmsilçisi beynəlxalq arenada kifayət qədər oyun keçirib. Məncə, bu qarşılaşmada favorit bizim komandadır.
Bununla belə, "Qarabağ" sürpriz edə, oyunu gərgin və maraqlı mübarizə şəraitində keçirə bilər.
Matçın Bundesliqa klubunun xeyrinə başa çatacağını düşünürəm".
Tam oxu
Xəbəri oxu