Almaniyalı idman eksperti: “Bu qarşılaşmada favorit “Ayntraxt Frankfurt“dur“
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Ayntraxt Frankfurt" kimi yüksəksəviyyəli və təcrübəli komandaya qarşı oynamaq "Qarabağ" üçün asan olmayacaq".
Moderator.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında almaniyalı idman eksperti Norbert Raeder deyib.
Ekspertin fikrincə, qarşılaşmanın favoriti "Ayntraxt Frankfurt" komandasıdır:
"Qarabağ" Azərbaycanın güclü klublarından biridir. Lakin Çempionlar Liqasında "Ayntraxt Frankfurt" kimi yüksəksəviyyəli və təcrübəli komandaya qarşı oynamaq onlar üçün asan olmayacaq. Frankfurt təmsilçisi beynəlxalq arenada kifayət qədər oyun keçirib. Məncə, bu qarşılaşmada favorit bizim komandadır. Bununla belə, "Qarabağ" sürpriz edə, oyunu gərgin və maraqlı mübarizə şəraitində keçirə bilər. Matçın Bundesliqa klubunun xeyrinə başa çatacağını düşünürəm".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" matçı saat 21:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 21 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















