Almaniyanın yeni kabinetində müdafiə naziri postuna namizəd təsdiqləndi

05.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Almaniyanın yeni hökumətində müdafiə naziri Boris Pistorius əvvəlki postunda qalacaq.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri öz mənbələrinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, Almaniya Sosial Demokrat Partiyası koalisiya hökumətində 7 nazir postunu tutacaq nümayəndələrinin siyahısını razılaşdırıb. Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı 65 yaşlı müdafiə nazirinin namizədliyini təsdiqləyib.

"Boris Pistorius müdafiə naziri olaraq qalır. Almaniyanın ən məşhur siyasətçisi Bundesveri müharibəyə yararlı etməlidir", - deyə "Bild" yazıb.

Mayın 6-da gözlənildiyi kimi, Bundestaqın iclası keçiriləcək və orada Almaniyanın yeni kanslerinin adı açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью