Almaniyanın yeni kabinetində müdafiə naziri postuna namizəd təsdiqləndi
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Almaniyanın yeni hökumətində müdafiə naziri Boris Pistorius əvvəlki postunda qalacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri öz mənbələrinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Almaniya Sosial Demokrat Partiyası koalisiya hökumətində 7 nazir postunu tutacaq nümayəndələrinin siyahısını razılaşdırıb. Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı 65 yaşlı müdafiə nazirinin namizədliyini təsdiqləyib.
"Boris Pistorius müdafiə naziri olaraq qalır. Almaniyanın ən məşhur siyasətçisi Bundesveri müharibəyə yararlı etməlidir", - deyə "Bild" yazıb.
Mayın 6-da gözlənildiyi kimi, Bundestaqın iclası keçiriləcək və orada Almaniyanın yeni kanslerinin adı açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:Almaniyanın kansleri postuna namizəd KİMDİR...
24 Fevral 2025 09:15
Almaniyanın müdafiə naziri Kiyevə gedib
12 İyun 2025 09:18
Təsdiqləndi: Almaniyanın yeni Kansleri o oldu
06 May 2025 18:26
Gülər Almaniyanın müdafiə naziri ilə danışdı
08 Yanvar 2025 18:49
Almaniyanın müdafiə naziri kansler olmaq istəmir
22 Noyabr 2024 14:22
Baxış sayı:106
Bu xəbər 05 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















