Almatıda zəlzələ oldu insanlar küçələrə çıxdı

28.09.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanın Almatı şəhərində bazar ertəsi səhər saatlarında zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:38-də baş verib. Zəlzələnin episentri Almatıdan 8 kilometr cənub-qərbdə yerləşib.

Təkanların intensivliyi Almatıda 3-4 bal, Karasay şəhərində 2-3 bal təşkil edib.

FHN bildirib ki, müvafiq dövlət qurumları məlumatlandırılıb və vəziyyət nəzarət altındadır. Nazirlik əhalini sakitliyə riayət etməyə və panikaya düşməməyə çağırıb.

Almatı sakinləri isə səhər saatlarında zəlzələ təkanlarını hiss etdiklərini bildiriblər. Şəhər sakinlərinin bir hissəsi təhlükəsizlik məqsədilə binaları tərk edərək küçələrə çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью