Almatıda zəlzələ oldu insanlar küçələrə çıxdı
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstanın Almatı şəhərində bazar ertəsi səhər saatlarında zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:38-də baş verib. Zəlzələnin episentri Almatıdan 8 kilometr cənub-qərbdə yerləşib.
Təkanların intensivliyi Almatıda 3-4 bal, Karasay şəhərində 2-3 bal təşkil edib.
FHN bildirib ki, müvafiq dövlət qurumları məlumatlandırılıb və vəziyyət nəzarət altındadır. Nazirlik əhalini sakitliyə riayət etməyə və panikaya düşməməyə çağırıb.
Almatı sakinləri isə səhər saatlarında zəlzələ təkanlarını hiss etdiklərini bildiriblər. Şəhər sakinlərinin bir hissəsi təhlükəsizlik məqsədilə binaları tərk edərək küçələrə çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Sentyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















