Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Günel Ələkbərova "Öz aramızda" verilişinin qonağı olub və ünvanına səslənən tənqidlərə sərt münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi verilişdə çıxışı zamanı haqsız yerə tənqid olunduğunu deyərək izləyicilərə etirazını ifadə edib.
Onun sözlərinə görə, hər zaman özünə yaraşan və ölçülü-biçili geyimlərə üstünlük versə də, sosial şəbəkələrdə davamlı olaraq tənqid hədəfinə çevrilir.
Günel Ələkbərova yaxın zamanda qatıldığı hımkarının ad günü məclisini misal çəkərək bildirib: "Bu yaxınlarda müğənni dostumuzun ad günündə iştirak etdim.
Orada 5-6 normal geyinən insandan biri mən idim. Amma yenə də mənim geyimimi tənqid etdilər.
Xalq artistləri var ki, səhnəyə alt paltarsız çıxırlar, onlara alqış tutursunuz".
Müğənni əlavə edib ki, açıq-saçıq geyim tərzinə üstünlük vermir və balansı qorumağa çalışır: "Mən bir tərəfimi açıramsa, digər tərəfimi mütləq qapadıram.