Alt paltarsız səhnəyə çıxan Xalq artistlərini ALQIŞLAYIRSINIZ, 8 saat əməliyyat etdirmişəm ki, gizlədim?
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Günel Ələkbərova "Öz aramızda" verilişinin qonağı olub və ünvanına səslənən tənqidlərə sərt münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi verilişdə çıxışı zamanı haqsız yerə tənqid olunduğunu deyərək izləyicilərə etirazını ifadə edib. Onun sözlərinə görə, hər zaman özünə yaraşan və ölçülü-biçili geyimlərə üstünlük versə də, sosial şəbəkələrdə davamlı olaraq tənqid hədəfinə çevrilir.
Günel Ələkbərova yaxın zamanda qatıldığı hımkarının ad günü məclisini misal çəkərək bildirib:
"Bu yaxınlarda müğənni dostumuzun ad günündə iştirak etdim. Orada 5-6 normal geyinən insandan biri mən idim. Amma yenə də mənim geyimimi tənqid etdilər. Xalq artistləri var ki, səhnəyə alt paltarsız çıxırlar, onlara alqış tutursunuz".
Müğənni əlavə edib ki, açıq-saçıq geyim tərzinə üstünlük vermir və balansı qorumağa çalışır:
"Mən bir tərəfimi açıramsa, digər tərəfimi mütləq qapadıram. Açıq geyinsəm də, əlçatmazam. Qapalı geyinənlər var ki, nələr edirlər".
O, həmçinin zahiri görünüşü ilə bağlı şəxsi bir detalı da açıqlayıb:
"8 saatlıq sinə əməliyyatı etdirmişəm ki, gizlədim".
Günel Ələkbərovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi sənətçini dəstəklədiklərini bildiriblər, digərləri isə ifaçını sərt tənqid ediblər.
Musa
Milli.Az
Baxış sayı:90
Bu xəbər 21 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















