Icma.az, Baku.ws portalına istinadən məlumat verir. 2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılardan 1300 antidopinq
"Report" xəbər verir ki, bu barədə agentiliyin hesabatında bildirilib. Test Bölüşdürmə Planı 30 idman növünü və 56 yarımnövü əhatə edib.
52 milli yarışda testetmə keçirilib, 6 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub.
Testlərin 90,6 faizi Bakıda, 7,5 faizi bölgələrdə, 1,8 faizi isə dünyanın digər şəhərlərində götürülüb.
Cari ildə AMADA-nın Nəticələrin emalı və təhqiqat şöbəsi 8 idmançı barəsində müxtəlif antidopinq qayda pozuntularına dair icraat başladıb.
Bunlardan 4-ü idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi, 2-si idmançının nümunəsində qadağan olunmuş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmə, 1-i isə dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi ilə əlaqədardır.
Hesabat dövründə 9 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub.
Bunlardan 7-si idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, 1-i isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub.