Icma.az
close
up
RU
AMADA bu il idmançılardan 1300 antidopinq testi götürüb Xəbər saytı Son xəbərlər və Hadisələr

AMADA bu il idmançılardan 1300 antidopinq testi götürüb Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmançılardan 1300 antidopinq testi götürüb.

"Report" xəbər verir ki, bu barədə agentiliyin hesabatında bildirilib.

Test Bölüşdürmə Planı 30 idman növünü və 56 yarımnövü əhatə edib. 52 milli yarışda testetmə keçirilib, 6 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 90,6 faizi Bakıda, 7,5 faizi bölgələrdə, 1,8 faizi isə dünyanın digər şəhərlərində götürülüb.

Cari ildə AMADA-nın Nəticələrin emalı və təhqiqat şöbəsi 8 idmançı barəsində müxtəlif antidopinq qayda pozuntularına dair icraat başladıb. Bunlardan 4-ü idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi, 2-si idmançının nümunəsində qadağan olunmuş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmə, 1-i isə dopinq nəzarətinin hər hansı bir hissəsinin saxtalaşdırılması və ya saxtalaşdırma cəhdi ilə əlaqədardır.

Hesabat dövründə 9 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub. Bunlardan 7-si idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, 1-i isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. Belə ki, idmanın boks növsündə 2, taekvondo, ağırlıqqaldırma, pauerliftinq, cüdo, güləş, atletika və kikboksinqdə isə 1 qayda pozuntusuna rast gəlinib.

Ümumilikdə il ərzində 3074 şəxsi əhatə edən 59 maarifləndirmə seminarı, 9 vebinar, 7 kütləvi təbliğat tədbiri və 4 tədbir keçirilib.

Cari ildə Agentliyin təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində və "Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq" mövzusunda dəyirmi masalar keçirilib, psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğu təşkil edilib, Avropanın Profilaktika üzrə Tədris Proqramının təlimat kitabçası Azərbaycan dilinə tərcümə olunub.

AMADA-nın təşəbbüsü ilə 15-21 aprel tarixlərini əhatə edən dövrü ölkəmizdə "Ədalətli idman həftəsi" elan edilib. Belə ki, "Ədalətli idman həftəsi"ndə məlumatlandırıcı post və hekayələr paylaşılıb, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirlərini əks etdirən videoçarxlar, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələr təşkil olunub.

Cari ildə AMADA Türkiyə, Almaniya milli antidopinq təşkilatları, Azərbaycan Boks Federasiyası, Azərbaycan Güləş Federasiyası, Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq haqqında müqavilə və memorondumlar imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Dekabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see145

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri