AMADA nın sifarişi ilə ötən il ölkədən kənarda 22 idmançıdan test götürülüb | Icma.az
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 1 fevral, AZƏRTAC 2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda 22 idmançımızdan test nümunəsi götürülüb.AMADA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rusiyada 11, Almaniyada 5, Fransada 2, Belçika, İtaliya, Malayziya və Serbiyada isə 1 idmançı antidopinq testindən keçib.Testetmə AMADA-nın Rusiya Antidopinq Agentliyi (RUSADA) və PWC şirkəti ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.Ötən il AMADA 98 beynəlxalq sifariş əsasında test həyata keçirib.
Belə ki, bunlardan 85-i Dünya Güləş Birliyi, 10-u Beynəlxalq Cüdo Federasiyası, 2-si Beynəlxalq Boks Assosiasiyası və 1-i isə Beynəlxalq Müasir Beşnövçülük İttifaqının sifarişi ilə reallaşıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu