AMADA nın sifarişi ilə ötən il ölkədən kənarda 22 idmançıdan test götürülüb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 1 fevral, AZƏRTAC
2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda 22 idmançımızdan test nümunəsi götürülüb.
AMADA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rusiyada 11, Almaniyada 5, Fransada 2, Belçika, İtaliya, Malayziya və Serbiyada isə 1 idmançı antidopinq testindən keçib.
Testetmə AMADA-nın Rusiya Antidopinq Agentliyi (RUSADA) və PWC şirkəti ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.
Ötən il AMADA 98 beynəlxalq sifariş əsasında test həyata keçirib. Belə ki, bunlardan 85-i Dünya Güləş Birliyi, 10-u Beynəlxalq Cüdo Federasiyası, 2-si Beynəlxalq Boks Assosiasiyası və 1-i isə Beynəlxalq Müasir Beşnövçülük İttifaqının sifarişi ilə reallaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 01 Fevral 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















