Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 ABŞ dolları olacağını gözləyir."Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.Bundan başqa, baş bankir deyib ki, gələn il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 ABŞ dolları olacağı proqnozlaşdırılır.Xatırladaq ki, AMB-nin bu ilin iyul ayında açıqladığı proqnozlara görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 64,6 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 290 ABŞ dolları olmalı idi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.