AMB neft qaz qiymətləri ilə bağlı proqnozunu azaltmaqda davam edir
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 ABŞ dolları olacağını gözləyir.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bundan başqa, baş bankir deyib ki, gələn il təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 ABŞ dolları olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, AMB-nin bu ilin iyul ayında açıqladığı proqnozlara görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 64,6 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 290 ABŞ dolları olmalı idi.

AMB neft qaz qiymətləri ilə bağlı proqnozunu bir qədər də azaldıb
23 İyul 2025 11:56
AMB builki iqtisadi artım və neft qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
22 Yanvar 2025 11:32
AMB təbii qazın qiyməti ilə bağlı proqnozunu azaldıb
23 Aprel 2025 12:08
AMB CƏB in profisiti ilə bağlı proqnozunu artırıb
22 Oktyabr 2025 11:22

