AMB Şuşadakı poçt filialına bank lisenziyası verib

19.03.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Şuşa filialına bank fəaliyyəti üçün lisenziya verib. SİA xəbər verir ki, məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 29-a çatıb. Şuşa filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış 2-ci poçt filialıdır. Obyekt Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Mərkəzində yerləşir. Lisenziya martın 19-də verilib.

Xatırladaq ki, AMB ötən il noyabrın 18-də "Azərpoçt"un Xankəndi filialına da bank fəaliyyəti üçün lisenziya verib. Bu, işğaldan azad edilmiş ərazilərdə poçt filiallarına verilən ilk lisenziya olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью