AMB Şuşadakı poçt filialına bank lisenziyası verib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Şuşa filialına bank fəaliyyəti üçün lisenziya verib. SİA xəbər verir ki, məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 29-a çatıb. Şuşa filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış 2-ci poçt filialıdır. Obyekt Şuşa şəhəri, Zəfər küçəsi, Dövlət Mərkəzində yerləşir. Lisenziya martın 19-də verilib.
Xatırladaq ki, AMB ötən il noyabrın 18-də "Azərpoçt"un Xankəndi filialına da bank fəaliyyəti üçün lisenziya verib. Bu, işğaldan azad edilmiş ərazilərdə poçt filiallarına verilən ilk lisenziya olub.
Bu mövzuda digər xəbərlər:AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası verdi
25 Noyabr 2024 09:58
AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib
25 Noyabr 2024 09:48
AMB “Azərpoçt”un Xankəndi filialına bank fəaliyyəti lisenziyası verib
25 Noyabr 2024 09:48
Baxış sayı:116
Bu xəbər 19 Mart 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















