Ambulator müalicə alan xəstələrə ŞAD XƏBƏR: Sağlamlıq təminatı yeni mərhələyə qədəm qoyur …
Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Dərmana xərclənən vəsaitin artması narahatlıq yaradır.
Ekspertlər bunu həm xaricdə dərman preparatlarının bahalaşması, həm də mövsümi xəstəliklərlə əlaqələndirirlər.
Qısa müddətdə bu sahədə köklü dəyişikliklər gözlənilir. Əhalinin dərmana xərclədiyi vəsaitlərin həcmi ilbəil artır.
Təkcə bu ilin üç ayında ölkə vətəndaşları əczaçılıq məhsulları və tibbi ləvazimatlara 342.5 milyon manat pul xərcləyib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9.1 faiz çoxdur.
Ötən üç ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2.3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Əslində 10 faizə yaxın artım heç də kiçik rəqəm deyil. Dava-dərmana xərclənən vəsaitlərin artması birbaşa ailə büdcəsinə təsir edir.
Bu isə əhali üçün əlavə yük yaradır. Dərman vasitələrinin icbari tibbi sığorta paketinə daxil edilməsi prosesinin yubanması bu yükü daha da
Tam oxu
Xəbəri oxu