Icma.az
close
up
RU
Ambulator müalicə alan xəstələrə ŞAD XƏBƏR: Sağlamlıq təminatı yeni mərhələyə qədəm qoyur

Ambulator müalicə alan xəstələrə ŞAD XƏBƏR: Sağlamlıq təminatı yeni mərhələyə qədəm qoyur

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Dərmana xərclənən vəsaitin artması narahatlıq yaradır. Ekspertlər bunu həm xaricdə dərman preparatlarının bahalaşması, həm də mövsümi xəstəliklərlə əlaqələndirirlər. Qısa müddətdə bu sahədə köklü dəyişikliklər gözlənilir.

Əhalinin dərmana xərclədiyi vəsaitlərin həcmi ilbəil artır. Təkcə bu ilin üç ayında ölkə vətəndaşları əczaçılıq məhsulları və tibbi ləvazimatlara 342.5 milyon manat pul xərcləyib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9.1 faiz çoxdur. Ötən üç ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2.3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Əslində 10 faizə yaxın artım heç də kiçik rəqəm deyil. Dava-dərmana xərclənən vəsaitlərin artması birbaşa ailə büdcəsinə təsir edir. Bu isə əhali üçün əlavə yük yaradır. Dərman vasitələrinin icbari tibbi sığorta paketinə daxil edilməsi prosesinin yubanması bu yükü daha da ağırlaşdırır. Bəs, görəsən, dava-dərmana xərclənən vəsaitlərin artmasının kökündə nə dayanır? Dərman vasitələrinin icbari tibbi sığorta paketinə daxil edilməsi prosesi niyə ləngiyir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Qiymət artımı xərcləri artırır"

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli dərman vasitələrinə çəkilən xərclərin artmasını bahalaşma ilə əlaqələndirir. Onun sözlərinə görə, son vaxtlar xeyli sayda dərman preparatının qiymətində artım baş verib: "Qiymət artdıqca, xərc də artır. Burada daha iki məqama diqqət etmək lazımdır. Birincisi, bioloji aktiv maddələr həkimlər tərəfindən geniş şəkildə reseptlərə yazılır. Dərman bazarında bir neçə şirkət var ki, bioloji aktiv maddələrlə bazarda dominantlıq edirlər. Onların gətirdiyi bioloji aktiv maddələr dərman preparatları ilə müqayisədə kifayət qədər bahadır. Bu da dövriyyədə öz fərqini göstərmiş olur. Nəticə etibarilə bu, əhalinin dərman vasitələrinə xərclədiyi vəsaitlərin artmasına rəvac verir".

Ekspert vurğulayıb ki, əhalinin bu istiqamətdə yükünün azaldılması üçün dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması vacibdir: "Bu təcrübədən bir çox ölkələrdə istifadə olunur. Məsələn, Türkiyə təcrübəsində icbari tibbi sığortanın tətbiqi diaqnostikadan başlayaraq apteklərdən dərmanların buraxılmasına qədər davam edir. Azərbaycanda isə həmin zəncir qırılır. Bu zənciri bərpa etmək üçün özəl sektorla müəyyən razılaşmalar həyata keçirilməlidir".

Mövsümi xəstəliklər çoxalıb

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə hesab edir ki, bu istiqamətdə xərclərin artması bir neçə səbəblə bağlıdır: "Birincisi, dünyada bəzi preparatların qiymətində artım var. İkinci əsas məsələ mövsümi amillərlə bağlıdır. Adətən, qış aylarından başlayaraq yaz aylarının bitməsinə qədər olan dövr ən çox dərman preparatlarının istifadə olunduğu dövr hesab olunur. Yuxarı tənəffüs yolları xəstəlikləri, soyuqdəymə, virus infeksiyaları və sair əsasən bu dövrə təsadüf edir. Üçüncü məsələ ondan ibarətdir ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra daha çox insan tibbi xidmətlərdən istifadə edir. Yəni, insanlar artıq sağlamlıqlarına daha ciddi yanaşırlar. Bu da dərman tələbatının və nəticədə ona ayrılan vəsaitin artmasına səbəb olur".

Dərmanların icbari tibbi sığorta paketinə daxil edilməsi prosesinin ləngimə səbəblərinə gəlincə, millət vəkili hesab edir ki, bu məsələ tezliklə reallaşacaq: "Burada hər hansı ləngimə yoxdur. Məsələ ondan ibarətdir ki, qanunvericiliyə dəyişiklik zamanı müzakirələrdə bildirildi ki, proses mərhələli şəkildə həyata keçiriləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəsaitləri artdıqca ürək-damar, yuxarı tənəffüs yolları, həzm sistemi xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan preparatlar və digər xəstəliklər üzrə dərman vasitələri icbari tibbi sığorta hesabına qarşılanacaq".

"Bazarda rəqabətliliyin azlığı qiymət artımını şərtləndirir"

İqtisadçı-ekspert Eyyub Kərimli deyib ki, Azərbaycanın dərman preparatlarında idxaldan asılılığı yerli bazara təsirsiz ötüşmür: "Əhalinin dərmana çəkdiyi xərcin artmasının kökündə duran əsas məsələ qiymət artımıdır. Dərman vasitələri ilə bağlı idxaldan asılıyıq. Dünya bazarında bahalaşma yerli bazara birbaşa təsir göstərir. Ona görə ölkəmizdə dərman istehsalı ilə bağlı müvafiq addımların atılması vacibdir. Bəzi hallarda qiymət artımına inhisarçılıq meyilləri də təsir göstərir. Çünki dərman vasitələri bazarda əsas paya malik bir neçə şirkət tərəfindən idxal olunur. Bazarda rəqabətliliyin azlığı qiymət artımını şərtləndirir".

Pulsuz dərman təminatına nə vaxt başlanacaq?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən mövzu ilə bağlı "Kaspi"nin sorğusuna cavab olaraq bildirilib ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub: "Bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunduğundan dərman təminatına bu ilin ikinci yarısında başlanılması nəzərdə tutulub. 2025-ci ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır".

Apteklər xüsusi loqolarla işarələnəcək

Agentlikdən vurğulanıb ki, yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası qeyd olunacaq: "Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq. Dərmanların qiyməti iki hissədən ibarət olacaq: şərti kompensasiya məbləği, yəni sığorta tərəfindən ödəniləcək məbləğ və müştərək maliyyələşmə məbləği (MMM), yəni vətəndaş tərəfindən ödəniləcək məbləğ. Qeyd edək ki, pərakəndə satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. Eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni məbləğ ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi məbləğ isə fərqli ola bilər".

Qurumdan o da qeyd edilib ki, icbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək: "Vətəndaş elektron reseptlə Agentliklə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Aprel 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri