Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Rüfət Mir-Qasımov vəfat edib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub.
O, Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib, elmlər namizədi, elmlər doktoru elmi dərəcələri alıb, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilib.
R. Mir-Qasımov AEA Fizika İnstitutunda (1963-1965) işləyib, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Du
Rüfət Mir-Qasımovun tədqiqatları əsasən elementar zərrəciklər fizikası və sahə nəzəriyyəsinə həsr olunmuşdur.
Lokal kvant nəzəriyyəsinə alternativ kvant sahə nəzəriyyəsinin qurulması onun mühüm nəticələrindən biridir.
Alim burada Plank sabiti və işıq sürəti ilə yanaşı, yeni universal sabit – fundamental uzunluğu da daxil etmişdir.