AMEA nın Naxçıvan Bölməsi Müstəqillik Gününə həsr olunmuş virtual sərgi hazırlayıb

27.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 27 may, AZƏRTAC

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanası “28 May – Müstəqillik Günü” adlı virtual sərgi hazırlayıb.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunub.

Virtual sərgidə bu əlamətdar gün və AXC-nin fəaliyyəti ilə bağlı imzalanmış mühüm sənədlər, kitablar, monoqrafiyalar və dövri mətbuat nümunələri yer alıb. Sərgidə nümayiş olunan nəşrlər arasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə), “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100: biblioqrafiya”, “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə himayədarlıq və səhiyyənin təşkili”, “Cümhuriyyət xilaskarları - əmanət məzarlar”, “Azərbaycan Xalq Cümhuriyyəti - Osmanlı münasibətləri (Osmanlı mənbələri əsasında)” və başqa qiymətli əsərlər var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью