AMEA nın Naxçıvan Bölməsi Müstəqillik Gününə həsr olunmuş virtual sərgi hazırlayıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 27 may, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanası “28 May – Müstəqillik Günü” adlı virtual sərgi hazırlayıb.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunub.
Virtual sərgidə bu əlamətdar gün və AXC-nin fəaliyyəti ilə bağlı imzalanmış mühüm sənədlər, kitablar, monoqrafiyalar və dövri mətbuat nümunələri yer alıb. Sərgidə nümayiş olunan nəşrlər arasında “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə), “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti - 100: biblioqrafiya”, “Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabit və hərbi məmurları”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə himayədarlıq və səhiyyənin təşkili”, “Cümhuriyyət xilaskarları - əmanət məzarlar”, “Azərbaycan Xalq Cümhuriyyəti - Osmanlı münasibətləri (Osmanlı mənbələri əsasında)” və başqa qiymətli əsərlər var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 May 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















