AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib | Icma.az
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan XQ-ə verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, qadın əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə AMEA-nın müxbir üzvü Namiq Cəlilova, AMEA-nın müxbir üzvü Rəna Məmmədovaya və tarix elmləri doktoru Zemfira Hacıyevaya AMEA-nın Fəxri fərmanları təqdim olunub.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın qadın əməkdaşlarını təbrik edib.
Azərbaycan cəmiyyətində qadınlara daim yüksək qiymət verildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan qadınlarının hüquqlarının Ulu Öndərin təşəbbüsü ilə ölkəmizin ən ali sənədində, Konstitusiya səviyyəsində təsbit edildiyini bildirib.
Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə qadınların cəmiyyət həyatında rolu artmış, aparıcı qüvvəsinə çevrilmişdir.
Tam oxu
Xəbəri oxu