Icma.az
close
up
RU
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

AMEA-dan XQ-ə verilən məlumata görə, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, qadın əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər. 

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə AMEA-nın müxbir üzvü Namiq Cəlilova, AMEA-nın müxbir üzvü Rəna Məmmədovaya və tarix elmləri doktoru Zemfira Hacıyevaya AMEA-nın Fəxri fərmanları təqdim olunub.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın qadın əməkdaşlarını təbrik edib. Azərbaycan cəmiyyətində qadınlara daim yüksək qiymət verildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan qadınlarının hüquqlarının Ulu Öndərin təşəbbüsü ilə ölkəmizin ən ali sənədində, Konstitusiya səviyyəsində təsbit edildiyini bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə qadınların cəmiyyət həyatında rolu artmış, aparıcı qüvvəsinə çevrilmişdir. Vurğulayıb ki, dahi liderin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də daim Azərbaycan qadınına yüksək dəyər vermiş, nəticədə ictimai-siyasi həyatda, elmdə, təhsildə, mədəniyyətdə, incəsənətdə qadın liderlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınının dövlətinə, xalqına şərəflə və sədaqətlə xidmət etməyin nümunəsini göstərdiyini deyən AMEA rəhbəri birinci xanımın həyata keçirdiyi sosial və humanitar layihələrin xalqımız tərəfindən təqdir olunduğunu söyləyib.

Akademiyanın həyatında da qadınların aktiv rol oynadığını bildirən akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının üçdə ikisini qadınların təşkil etdiyini, AMEA-nın vitse-prezidentlərindən ikisinin xanımlar olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün yeni nəsil intellektual qadınlarımızın sayı artır və onlar apardıqları tədqiqatlarla elmin inkişafına öz töhfələrini verirlər.

Akademik İsa Həbibbəyli 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın qadın əməkdaşlarına səmimi təbriklərini çatdırıb, onlara cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzulayıb.

Daha sonra AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın Rəyasət Heyəti və Elmi Bölmələri tərəfindən Təşəkkürnamə və Fəxri fərmanla təltif olunan qadın əməkdaşların adlarını təqdim edib.

Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 3 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamda AR Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə dahi Azərbaycan bəstəkarın anadan olmasının 140-cı ildönümünə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2025-ci il tarixli iclasında qərar qəbul edilib və AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Üzeyir Hacıbəylinin yubileyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması ilə bağlı təkliflərini təqdim etmələri tapşırılıb. AMEA rəhbəri ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsinin hazırlanaraq, AMEA-nın Rəyasət Heyətinə təqdim olunduğunu diqqətə çatdırıb.

Tədbirlər planında “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik”, “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti”, “Üzeyir Hacıbəylinin publisistikasında dil məsələləri”, “Üzeyir Hacıbəylinin Azərbaycanın ictimai-siyasi fikir tarixində yeri”, “Üzeyir Hacıbəylinin yaradıcılığı və maarifçilik fəaliyyəti”, “Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları”, “Xalq düşüncəsinin ecazkarlığı: səsdə və bədii sözdə”, “Azərbaycan musiqişünaslığında Üzeyir Hacıbəyli imzası”, “Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş romansları”, “Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti”, “Üzeyir Hacıbəyli – 140” mövzusunda konfrans, dəyirmi masa, virtual sərgi və bir sıra nəşrlərin çapı yer alıb.

Müzakirələrdən sonra Üzeyir Hacıbəylinin 140 illiyi bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.

Daha sonra ölkə Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, Bəxtiyar Vahabzadə daim milli azadlıq və istiqlal eşqi ilə yaşayıb, XX əsrdə ana dilimiz haqqında ən cəsarətli şeiri yazıb, məhz bu xidmətlərinə görə, Azərbaycan Respublikasının ən ali təltiflərindən “İstiqlal” ordenini ilk dəfə alan 3 şairdən biri olub.

Akademik İsa Həbibbəyli görkəmli şairin yubileyinin nəinki ölkəmizdə, bütün Türk dünyasında qeyd olunduğunu, TÜRKSOY-un 2025-ci ili “Bəxtiyar Vahabzadəni Anma İli” elan etdiyini bildirib. AMEA rəhbəri şairin 100 illik yubileyinin Akademiyada da yüksək səviyyədə keçiriləcəyini diqqətə çatdırıb və AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Bəxtiyar Vahabzadənin yubileyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması ilə bağlı təkliflərini təqdim etmələrini tapşırıb.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-da 27 mart - “Elm Günü”nün keçirilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda “Elm Günü” olaraq məhz Azərbaycan Milli Elmlər Akademiyasının təsis edildiyi tarixin müəyyən edilməsi dövlət başçısı tərəfindən AMEA-ya, Azərbaycan elminə və Azərbaycan alimlərinə göstərilən yüksək diqqət, qayğı və etimadın bariz nümunəsidir. Vurğulayıb ki, 80 illik tarixi inkişaf yolu keçmiş Akademiyaya bu yüksək etimadın əsasında həm də müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşmasında, milli ziyalı elitasının yetişdirilməsində AMEA-nın fəaliyyəti dayanır. 

“Hazırda Azərbaycan elminin və onun əsas aparıcı mərkəzlərindən olan Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı yeni reallıqlara uyğun olaraq davam etdirilməkdədir. Bu inkişafın əsasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi və ölkənin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək, Azərbaycan dövlətinin elmi fəaliyyət sahəsində məqsədyönlü şəkildə reallaşdırdığı islahatların tərkib hissəsi olmaq təşkil edir”, - deyə akademik İsa Həbibbəyli söyləyib. 

AMEA rəhbəri bildirib ki, “Elm Günü”nün qeyd edilməsi elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

İclasda AMEA-nın “Elm Günü”nə həsr edilmiş tədbirinin 10 aprel 2025-ci il tarixində keçirilməsi qərara alınıb və tədbirin proqramı təsdiqlənib.

Daha sonra AMEA-nın “Aziz Sancar fəxri diplomu”nun təsis edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, 3 iyun 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında Nobel mükafatı laureatı, AMEA-nın Fəxri üzvü, ABŞ Şimali Karolina Universitetinin professoru Əziz Sancarla görüşə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclası keçirilib və iclasda Azərbaycan Milli Elmlər Akademiyasının “Əziz Sancar fəxri mükafatı”nın təsis edilməsi qərara alınıb. Natiq vurğulayıb ki, AMEA-nın 20 fevral 2025-ci il tarixli Ümumi yığıncağının qərarı ilə qeyd olunan mükafat “Azərbaycan Milli Elmlər Akademiyasının “Əziz Sancar fəxri diplomu” olaraq təsdiqlənib.

Rəyasət Heyəti tərəfindən AMEA-nın “Əziz Sancar fəxri diplomu”nun təsis edilməsi haqqında qərar qəbul olunub.

Daha sonra AMEA-nın “Üzeyir Hacıbəyli fəxri diplomu”nun təsis edilməsi haqqında məsələyə baxılıb. Akademik İsa Həbibbəyli bildirib ki, son illərdə AMEA-da aparılan islahatların mühüm istiqamətlərindən birini Azərbaycanın elmi, milli-mənəvi inkişafında müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Üzeyir Hacıbəyli fəxri diplomu”nun təsis edilməsi təşəbbüsü ilə çıxış edib. 

Vurğulayıb ki, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinin qeyd edildiyi ərəfədə yüksək elmi fəaliyyəti ilə fərqlənən görkəmli alimlərin fəaliyyətinin stimmullaşdırılması məqsədilə “Üzeyir Hacıbəyli fəxri diplomu”nun təsis edilməsi dahi bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm əhəmiyyətə malikdir.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın “Üzeyir Hacıbəyli fəxri diplomu” təsis edilib.

Daha sonra AMEA-nın “Lev Landau fəxri diplomu”nun təsis edilməsi haqqında məsələyə baxılıb.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli dünya elminə misilsiz töhfələr vermiş, nəzəri fizika sahəsində fundamental araşdırmaları ilə tanınan Lev Landaunun Azərbaycan elmi ictimaiyyəti üçün xüsusi dəyər kəsb edən şəxsiyyət olduğunu bildirib. Qeyd edib ki, Bakıda doğulmuş bu dahi alim kvant mexanikası, bərk cisimlər fizikası, plazma fizikası və kosmologiya sahələrində inqilabi kəşflərə imza atmış, 1962-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Onun elmi məktəbi və nəzəriyyələri müasir fizikanın inkişafına böyük təsir göstərmiş, dünyanın aparıcı elmi dairələrində yüksək qiymətləndirilmişdir. AMEA prezidenti alimin irsinin Azərbaycan elmi və beynəlxalq elmi ictimaiyyət üçün böyük dəyər daşıdığını vurğulayıb.

İclasda AMEA-nın “Lev Landau fəxri diplomu”nun təsis edilməsi haqda qərar qəbul edilib.

Daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda və Fəlsəfə və Sosiologiya İnstitutunda dövlət başçısının tapşırıqlarından, Azərbaycan dövlətinin milli maraqlarından və müasir dünya elminin çağırışlarından irəli gələrək daxili imkanlar və mövcud ştat vahidi hesabına yeni şöbələr yaradılıb, bəzi şöbələrin adında isə qismən dəyişiklik edilməsi haqqında qərarlar verilib. Bundan əlavə, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının tərkibində dəyişiklik edilib.

İclasda kadr məsələlərinə də baxılıb, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun  AMEA-nın Naxçıvan Bölməsi aparatının elmi katibi vəzifəsinə, filologiya elmləri doktoru, dosent Kamil Adışirinovun isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təsdiq edilməsi haqqında qərarlar qəbul olunub.

Eyni zamanda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin dissertantı Nəzrin Əliyevanın və Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin doktorantı Zərin Vəliyevanın Polşanın Byalistok Universitetində ixtisasartırma ezamiyyətinin yekunları haqqında qərarlar qəbul edilib. Nəzrin Əliyeva Polşanın Byalistok Universitetində ixtisasartırma ezamiyyətinin yekunları barədə iclas iştirakçılarına məlumat verib. Həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Aliyə Adıgözəlova və kiçik elmi işçisi Arif Quliyev Türkiyə Cümhuriyyətinə ezam olunublar.

Rəyasət Heyətinin iclasında, eləcə də akademik Sadıq Dadaşovun 120, akademik Mikayıl Useynovun 120,  AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun 100 və AMEA-nın müxbir  üzvü İlyas Babayevin 90 illik yubileyləri haqqında qərarlar verilib.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər – Rasim Əliquliyev, Arif Həşimov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru Kamil Adışirinov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see132

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see117

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri