Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Qan Turalı yazır...
Trampın vəzifəsinin icrasına başladığı ilk gündən bu yana adı xəbər lentlərindən düşmür.
Doğrudur, söhbət ABŞ prezidentindən gedir, planetin ən güclü adamından.
Ancaq bununla belə Trampın fəaliyyəti çoxşaxəli və bir o qədər də gərgindir.
Gah Qəzza ilə bağlı açıqlamaları, gah Meksika, Kanada məsələsi, gah Çinlə münasibətlər...
Miqrantların deportasiyası, vergilər, ləğv edilən fərmanlar, USAID... Bir sözlə, yeni prezident dayanmır.
Ancaq bütün bu xəbər selinin, xarici media orqanlarının birinin də dediyi kimi "fərman yağışı"nın içində bir anlıq dayanıb ötənlərə və gələcəyə nəzər salmaq vaxtıdır.
Burada əsas məsələ isə ilk növbədə ABŞ vətəndaşlarının mövqeyidir.