Icma.az
close
up
RU
Amerika xalqı Trampı dəstəkləyir: Əsas da budur!

Amerika xalqı Trampı dəstəkləyir: Əsas da budur!

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qan Turalı yazır...

Trampın vəzifəsinin icrasına başladığı ilk gündən bu yana adı xəbər lentlərindən düşmür. Doğrudur, söhbət ABŞ prezidentindən gedir, planetin ən güclü adamından. Ancaq bununla belə Trampın fəaliyyəti çoxşaxəli və bir o qədər də gərgindir.

Gah Qəzza ilə bağlı açıqlamaları, gah Meksika, Kanada məsələsi, gah Çinlə münasibətlər... Miqrantların deportasiyası, vergilər, ləğv edilən fərmanlar, USAID... Bir sözlə, yeni prezident dayanmır.

Ancaq bütün bu xəbər selinin, xarici media orqanlarının birinin də dediyi kimi "fərman yağışı"nın içində bir anlıq dayanıb ötənlərə və gələcəyə nəzər salmaq vaxtıdır.  Burada əsas məsələ isə ilk növbədə ABŞ vətəndaşlarının mövqeyidir. Çünki Trampı onlar seçiblər və Tramp onların qarşısında məsuliyyət daşıyır.

Bu sualların çətin cavablarına keçməmişdən qabaq, amerikalıların Trampa olan baxışına nəzər salaq. Görək, ABŞ vətəndaşları öz prezidentlərinin fəaliyyətlərini necə qiymətləndirirlər?

Trampın ABŞ prezidenti kimi atdığı ilk addımlar seçicilər tərəfindən yüksək qiymətləndirilir. Onun ilk prezidentlik müddətinin sonlarında populyarlığı ən aşağı səviyyədə idi, cəmi 33 faiz.  Ancaq indi o tarixinin ən görkəmli dövrünü yaşayır. "CBS News/YouGov"un fevral ayının əvvəlində apardığı araşdırmanın nəticələrinə görə amerikalıların 53 faizi Trampın fəaliyyətini dəstəkləyir.

Araşdırma konkret mövzular ətrafında da amerikalıların təəssüratını öyrənib.  Məlum olub ki, Trampın seçki platformasının ən mühüm bəndlərindən biri olan miqrantlara münasibət ABŞ vətəndaşlarının tam dəstəyini qazanıb. Sorğuda iştirak edənlərin 59 faizi Trampın miqrant siyasətindən tamamilə razıdır.

Trampın İsrail-Həmas konfliktinə münasibəti isə daha az tərəfdar toplayıb: 54 faiz. Trampın Qəzzanı satın alacağı kimi açıqlamalar, arxasınca isə Həmas-İsrail razılaşmasının pozulması araşdırmanın aparıldığı günlərdə hələ meydana çıxmamışdı. Bu kontekstdən baxarkən bu faizin aşağı düşəcəyini güman etmək mümkündür.

Rəyi soruşulanların əksər hissəsi Çinə qoyulan gömrük vergilərini dəstəkləsə də Meksika və Kanadaya yönəlmiş sərt gömrük siyasəti ilə razılaşmırlar. Araşdırmanın maraqlı nəticələrindən biri də budur.

Ən maraqlı məsələlərdən biri də heç şübhəsiz ki, İlon Maskın fəaliyyətinə olan münasibətdir. Sorğuda iştirak edənlərin 31 faizi Maskın hökumət xərcləri və fəaliyyəti üzərində heç bir təsirinin olmamasının daha düzgün olduğuna inanır. Maskın təsirinin çox az olmasının da tərəfdarları az deyil: 28 faiz...

Hər üç ABŞ vətəndaşından ikisini məişət əşyalarının qiymətləri narahat edir. Onların fikrincə Tramp bu məsələyə kifayət qədər diqqət göstərmir.

Dünyanın başqa ölkələrində isə Trampın fəaliyyəti heç də xoş qarşılanmır. Əsasən də, Meksika, Danimarka və Kanadada... Və əlbəttə ki, Qəzzada...  Kanadada idman yarışlarında ABŞ himni fitə basılır. Danimarkada isə Kaliforniyanı öz tərkibinə qatmaq haqda kampaniyalar başlayır. Məsələnin Rusiya tərəfi də var, İran, Şimali Koreya, Suriya tərəfləri də... Hadisələr getdikcə qızışır, proseslər gərginləşir. Ümumilikdə isə, Trampın dünyaya nə gətirəcəyini indidən müəyyən etmək mümkünsüzdür.

Görünən odur ki, yaxın aylar və illərdə dünya daha maraqlı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri