Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır. El arasında belə bir məsəl var: "Müsəlmanın sonrakı ağlı".
Bunu müsəlmanlar özləri haqqında elə özləri deyib, ya başqaları, bilmirəm. Hər halda qınayıcı, hətta aşağılayıcı bir tondur.
Mənası da məlumdur. İstənilən halda ifrat, həm də qəddar ümumiləşdirmədir.
Bəlkə bu yazının başlığındakı cümləni də ifrat və qəddar ümumiləşdirmə hesab edən olacaq. Ancaq, yox. Bu, xüsusi bir haldır.
Amerikalıların ağlına şübhə etmək ağılsızlıq olar. Ən azı ona görə ki, iki əsrdə belə bir dövlət yaradlb, superdövlətə çevirə bilmək yüksək
Ona görə də mənim cümləmdə ümumiləşdirmə yoxdur, çünki xüsusi haldan söhbət gedir. Həm də ağıldan da yox, inamdan bəhs edirik.
Bəli, Amerikalıların bir qismi 2020-ci ildə Co Baydenə inandılar, onu prezident seçdilər.
Sözsüz, təkcə seçimin düzgünlüyü deyil, onun, ümumiyyətlə, seçilib-seçilmədiyi də şübhəli, hətta mübahisəli idi.