Amid Quluzadə: Hələ ilk turlardan nəsə demək çətindir

02.09.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İkinci liqanın ilk turunda "Qaradağ Lökbatan" doğma meydanda "Hypers"lə qarşılaşıb. Ev sahibi komanda 2:1 hesablı qələbə qazanıb.

Komandanın baş məşqçisi Amid Quluzadə Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:

"Oyunun çətin olacağını bilirdik. Rəqib çox qaçan, mübarizə aparan bir komandadır. Biz buna hazır idik. Oyunun əsas parametrlərindən biri o idi ki, ilk 15 dəqiqədə yüz faizlik vəziyyətlər oldu və biz o epizodlardan tez yararlansaq, hər şey tam fərqli olacaqdı. Gərgin oyun oldu, çətin keçdi və qələbə qazanmağı bacardıq. Komandamızı təbrik edirəm. Belə davam etməklərin istəyirəm. Qarşı komandanı da alqışlayıram. Yaxşı oyun nümayiş etdirdilər. Çempionata rəng qatacaq kollektivlərdən biridir. İlk altılığa düşə bilərlər. Hələ ilk turlardan nəsə demək çətindir. Əlimizdən gələni etməyə çalışırıq".

Qeyd edək ki, "Qaradağ Lökbatan" növbəti oyununu "Şirvan"a qarşı keçirəcək.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью