Amid Quluzadə: Hələ ilk turlardan nəsə demək çətindir
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İkinci liqanın ilk turunda "Qaradağ Lökbatan" doğma meydanda "Hypers"lə qarşılaşıb. Ev sahibi komanda 2:1 hesablı qələbə qazanıb.
Komandanın baş məşqçisi Amid Quluzadə Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"Oyunun çətin olacağını bilirdik. Rəqib çox qaçan, mübarizə aparan bir komandadır. Biz buna hazır idik. Oyunun əsas parametrlərindən biri o idi ki, ilk 15 dəqiqədə yüz faizlik vəziyyətlər oldu və biz o epizodlardan tez yararlansaq, hər şey tam fərqli olacaqdı. Gərgin oyun oldu, çətin keçdi və qələbə qazanmağı bacardıq. Komandamızı təbrik edirəm. Belə davam etməklərin istəyirəm. Qarşı komandanı da alqışlayıram. Yaxşı oyun nümayiş etdirdilər. Çempionata rəng qatacaq kollektivlərdən biridir. İlk altılığa düşə bilərlər. Hələ ilk turlardan nəsə demək çətindir. Əlimizdən gələni etməyə çalışırıq".
Qeyd edək ki, "Qaradağ Lökbatan" növbəti oyununu "Şirvan"a qarşı keçirəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Sentyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















