Ana dilimizi qorumaq üçün nə etməliyik? Cəlalə Nəzəroğlu ilə müsahibə | Icma.az
Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son vaxtlar Azərbaycanda dil ilə bağlı problemlər müzakirə mövzusuna çevrilib.
Xüsusilə bəzi millət vəkilləri rus dilinə artan marağa diqqət çəkərək, məktəblərdə rusdilli bölmələrin bağlanmasını təklif ediblər.
Lakin bu fikir cəmiyyətdə birmənalı qarşılanmayıb. Eyni zamanda, müzakirə olunan məqamlardan biri də azərbaycanlıların türkcə danışmağa meyi
Xüsusilə yeniyetmələr və uşaqlar tez-tez türkcə ifadələr işlədir, hətta bəzi sözlərin ana dilimizdəki qarşılığını bilmirlər.
Bu isə Azərbaycan dilinin gələcəyi üçün ciddi təhlükə hesab edilir.Mövzu ilə bağlı “Diksiya Akademiyası”nın təsisçisi, nitq təlimçisi Cəlalə Nəzəroğlu Metbuat.az-ın həmsöhbəti olub.
O, bu problemlərin kökündə yatan səbəbləri araşdırmağın və onlara işıq tutmağın daha doğru olduğunu bildirib.
Özü və oğlu ilə bağlı nümunədən misal çəkən Cəlalə Nəzəroğlu deyib ki, övladını üç yaşına qədər təsirlənə biləcəyi mühitlərdən uzaq saxlayıb: “Nə onun rusdilli cizgi filmlərinə baxmasına şərait yaratmışam, nə də rusdilli dayə ilə saxlamışam.
Tam oxu
Xəbəri oxu