Icma.az
close
up
RU
Ana dilimizi qorumaq üçün nə etməliyik? Cəlalə Nəzəroğlu ilə müsahibə

Ana dilimizi qorumaq üçün nə etməliyik? Cəlalə Nəzəroğlu ilə müsahibə

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar Azərbaycanda dil ilə bağlı problemlər müzakirə mövzusuna çevrilib. Xüsusilə bəzi millət vəkilləri rus dilinə artan marağa diqqət çəkərək, məktəblərdə rusdilli bölmələrin bağlanmasını təklif ediblər. Lakin bu fikir cəmiyyətdə birmənalı qarşılanmayıb. Eyni zamanda, müzakirə olunan məqamlardan biri də azərbaycanlıların türkcə danışmağa meyilli olmasıdır. Xüsusilə yeniyetmələr və uşaqlar tez-tez türkcə ifadələr işlədir, hətta bəzi sözlərin ana dilimizdəki qarşılığını bilmirlər. Bu isə Azərbaycan dilinin gələcəyi üçün ciddi təhlükə hesab edilir.

Mövzu ilə bağlı “Diksiya Akademiyası”nın təsisçisi, nitq təlimçisi Cəlalə Nəzəroğlu Metbuat.az-ın həmsöhbəti olub. O, bu problemlərin kökündə yatan səbəbləri araşdırmağın və onlara işıq tutmağın daha doğru olduğunu bildirib.

Özü və oğlu ilə bağlı nümunədən misal çəkən Cəlalə Nəzəroğlu deyib ki, övladını üç yaşına qədər təsirlənə biləcəyi mühitlərdən uzaq saxlayıb:

“Nə onun rusdilli cizgi filmlərinə baxmasına şərait yaratmışam, nə də rusdilli dayə ilə saxlamışam. Mütəxəssis kimi deyə bilərəm ki, bu, kökündən yanlışdır. Ona görə ki, bu zaman onlar erkən yaşlardan alternativ dillərlə tanış olurlar. Rus dilini isə çox məhdud çərçivədə öyrətməyə başlamışam. Həftə sonları maraqlı olması üçün maksimum beş-on dəqiqə bu dildə məzmunlarla məşğul olmuşuq və sonra həmin məzmunları Azərbaycan dilində müzakirə etmişik. Nəticədə oğlum 3 yaşında fikirlərini doğma dilində sərbəst və qrammatik cəhətdən düzgün ifadə edə bilirdi. Bundan sonra ikinci dil – rus dili tədricən prosesə daxil edildi. Beləliklə, ana dili əhəmiyyətli dərəcədə təsirlənmədən ikinci dil öyrənildi. Lakin müasir valideynlər çox vaxt uşaqlarını özləri bilmədikləri halda rus bölməsinə yazdırırlar. Bu halda uşaq hər iki dildən şikəst qalır. Bəzən isə birbaşa ingilis bölməsinə qoyurlar, halbuki ailə mühitində bu dil çox az işləkdir”.

Nitq təlimçisi vətəndaşlarımızın türkiyəli qonaqlarla onların dilində danışmasına da münasibət bildirib:

“Bu gün Azərbaycan əhalisi, xüsusilə gənclər türk dilində məzmunlara daha çox üstünlük verir. Türk serialları və kitabları böyük maraqla izlənilir, hətta türklərlə ünsiyyətdə olarkən onların dilində danışmağa çalışırıq. Bununla bağlı maraqlı bir fakt deyəcəm. Yəqin ki, Azərbaycanda “Möhtəşəm yüz il” serialını izləməyən yoxdur. O serial hələ 10-12 il bundan əvvəl çəkilib. Əgər bir türk o serialı izləyib başa düşə bilirdisə, deməli, Azərbaycan dilini yüz faiz anlayır. Serialda sanki türk aksenti ilə Azərbaycan dilində danışırlar. Çünki Osmanlı imperiyası dövründə sözlərin böyük bir qismi ərəb və fars dilində idi. Həmin kəlmələr elə bizim də lüğət tərkibimizdə var. Yəni bizimkilər narahat olmasın ki, türklər onları anlamayacaq. Öz dövründə həmin serialı reytinqdə birinci, ikinci sıraya qaldıran türk izləyici hər halda oradakı dialoqları başa düşə bilirdi, yoxsa üslubu niyə elə seçsinlər?".

O qeyd edib ki, öz dilimizə sahib çıxmaq istəyiriksə, ilk olaraq hara aid olduğumuza qərar verməliyik:

Biri var “de-yure”, yəni mən rəsmi olaraq Azərbaycan Respublikasının vətəndaşıyam. Biri də var ki, “de-fakto” olaraq bunun fərqindəsən ki, mən azərbaycanlıyam və dilim Azərbaycan türkcəsidir. Əgər mən buna sahib çıxmasam, özümdən sonrakı nəslə tam ötürə bilməsəm, bu dilin gələcəyi sual altına düşəcək. Burada nəsil dedikdə böyük bir çoxluqdan söhbət getmir. Hər kəs öz övladına, birinci-ikinci dərəcədən qohum-əqrabasına məsuliyyət daşıyır. İş yerində belə təmiz Azərbaycanca danışmağınız bu dilə olan hörmətinizi göstərir. Hərə öz yaxın çevrəsinə bu mövzuda örnək ola bilsə, sayımız artar”.

C.Nəzəroğlu həmçinin Azərbaycanda rus bölmələrinin bağlanması məsələsindən də danışıb. Onun fikrincə, rus bölmələri bağlanmalı deyil:

“Dünyanın bütün mütərəqqi ölkələrində vətəndaşlara bir neçə dildə təhsil almaq hüququ və imkanı verilir. Ona görə də bu məsələyə cəmiyyət özü savadlı formada yanaşmalıdır. Hansısa dəbin, səs-küyün təsiri altında və ya “qonşudan geri qalma” yanaşması ilə aparıb uşağı rus bölməsinə yazdırmaq düzgün deyil. Onsuz da nə vaxtsa uşaqda fərqli dildə məzmun dinləmək zərurəti yaranacaq. Burada problem təkcə bölmənin mövcudluğu deyil, uşaqların ana dillərində kifayət qədər danışa bilməməsidir. Əgər valideyn övladının rus bölməsində oxumasını istəyirsə, bunun üçün ciddi səbəbləri olmalıdır. Məsələn, ailə əzəldən rusdillidir və əsas ünsiyyət vasitəsi rus dilidir. Belə bir ailədə böyüyən uşağa sıfırdan Azərbaycan dilində təhsil almaq çətin olur. Adətən, həmin valideynlərə təklif olunur ki, uşağınızı rus bölməsinə qoya bilərsiniz, ancaq ya özünüz, ya da dayəsi ona Azərbaycan dilini öyrətməlidir”.

Müsahibimiz övladının “böyük adam” olmasını arzulayan valideynlərə tövsiyələrini də əskik etməyib:

“Əgər o uşaq Azərbaycanda yaşayıb yaxşı bir vəzifəni icra edəcəksə, mütləq öz dilini bilməlidir. Bir valideyn övladının yüksək rütbəli məmur olmasını arzulayır. Ancaq bu məmur Azərbaycan dilini bilmirsə, necə həmin vəzifəni icra edə, mətbuat konfranslarında, böyük iclaslarda çıxış edə bilər? Oxucularımız düşünəcək ki, axı belə məmurlarımız var. Görürsünüz, cəmiyyət onlara neqativ münasibət bəsləyir? Övladının gələcəkdə cəmiyyətə yararlı və uğurlu biri olmasını istəyən hər bir valideyn indidən tədbir görərək, onların ana dilini mükəmməl öyrənməsini təmin etməlidirlər. Azərbaycandilli bir ailənin övladını rus dilinə qoymaq istəməsi isə çox təhlükəlidir. Uşaq, əslində, hər iki dildən məhrum qalır. Həmin uşaq rus dilində öz fikrini sərbəst ifadə etmək istəyəndə rusdilli adamlar onun söz qıtlığının olduğunu, Azərbaycan dilində düşünüb rusca ifadə etdiyini, ən əsası da Azərbaycan aksentini dərhal anlaya bilirlər. Uşaqları təhsildən bu şəkildə soyutmaq lazım deyil, qoy o, anladığı dildə təhsilə başlasın. Başqa bir dil öyrənməsi üçün hansısa bir formada ona yardım göstərmək mümkündür”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Mart 2025 06:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see271

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see140

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri